Azərbaycanda jurnalist və fəallara 12–15 il həbs verildi

Videonun alt yazısı, Azərbaycanda jurnalist və fəallara 12–15 il həbs verildi
Azərbaycanda jurnalist və fəallara 12–15 il həbs verildi
Çap edildi

İyulun 27-də Toplum TV işi üzrə təqsirləndirilən şəxslərə məhkəmə hökmü oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Toplum TV-nin jurnalistləri və bəzi ictimai-siyasi fəallara 12 ildən 15 ilə qədər həbs cəzası verilib.

"Toplum TV" həmtəsisçisi Ələsgər Məmmədli 14, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri Akif Qurbanova 15 il həbs cəzası verilib.

"Toplum TV işi" üzrə həbs edilənlər ilk öncə qaçaqmalçılıqda ittiham ediliblər, sonradan isə ittihamlar ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, həbslərinin peşə və ictimai-siyasi fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.